ABŞ-də siyasi şiddət qorxusu alovlanır: Hər kəs prezident seçkilərini gözləyir

ABŞ-də siyasi şiddət qorxusu alovlanır: Hər kəs prezident seçkilərini gözləyir
DÜNYA
15:48 23.05.2024
133
Amerikalıların üçdə ikisi prezident seçkilərindən sonra zorakılıqdan narahatdır.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Reuters/Ipsos tərəfindən 3934 ABŞ-lı böyüklər arasında keçirilən ümummilli sorğu göstərib ki, Trampın 2020-ci ildə seçkilərdə məğlub olmasından sonra baş verən zorakılığın təkrarlanması ilə bağlı narahatlıqlar geniş yayılıb.
 
Trampın tərəfdarları 2021-ci il yanvarın 6-da ABŞ Kapitoliyasına hücum ediblər.

Onlayn sorğuda iştirak edən respondentlərin təxminən 68%-i, o cümlədən demokratların 83%-i və respublikaçıların 65%-i seçkinin nəticələrindən narazı olan ekstremistlərin zorakılığa əl atacağından narahatdır.

İştirakçıların 15%-i bu fikirlə razılaşmasa da, 16%-i qərarsız olduğunu bildirib.

Son müsahibələrində seçkinin nəticələrini qəbul edəcəyinə zəmanət verməyən Tramp demokratları seçki kampaniyasında saxtakar kimi qələmə verib.

Mayın 7-dən 14-ə qədər aparılan sorğu göstərib ki, demokratlar ABŞ-dəki seçkilərin respublikaçılardan daha etibarlı olduğuna inanır.

Demokratların 87%-i seçkinin nəticələrinə inandığını bildirsə də, respublikaçıların yalnız 47%-i noyabr seçkilərinin nəticələrinin ədalətli və qanuni olacağına əmin olduğunu bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR