ABŞ-də sorğu: Harris prezidentliyə daha yaxındır

DÜNYA
12:50 19.09.2024
139
ABŞ-də aparılan sorğu göstərib ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kəmalə Harris prezidetliyə daha yaxındır.

AZXEBER.COM Türkiyə mediaya istinadən xəbər verir ki, Associated Press (AP) agentliyinin NORC İctimai Əlaqələr Mərkəzi ilə birgə keçirdiyi prezidenliyə namizədlərlə bağlı sorğuda 1771 nəfər iştirak edib.

Anket nəticələri noyabrın 5-də keçiriləcək seçkilərdə Demokratların namizədi Harrisə dəstəyin artdığını göstərib. Sorğuda iştirak edənlərin yalnız 44 faizi Respublikaçıların namizədi Trampa səs verib.
Bundan əlavə, sorğuya əsasən, 10 nəfərdən 6-nın Trampın namizədliyini mənfi qarşıladığı bildirilib.

Sorğu nəticəsində məlum olub ki, müstəqil seçicilər Harrisə pisin daha yaxşısı kimi yanaşırlar.

Sorğu iştirakçılar arasında hər iki namizədə də mənfi yanaşanlar da az olmayıb.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR