ABŞ-də sülh tərəfdarlarından aksiya - Qəzzalılar üçün 40 gün ac qalacaqlar

ABŞ-də sülh tərəfdarlarından aksiya - Qəzzalılar üçün 40 gün ac qalacaqlar
DÜNYA
12:46 30.05.2025
301
İsrailin Qəzzaya humanitar yardımı əngəlləməsinə ABŞ-də reaksiyalar davam edir.
 
AZXCEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin müxtəlif bölgələrindən olan veteranlar və sülh tərəfdarı olan qruplar Qəzzalılarla həmrəylik nümayiş etdirmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Daimi Nümayəndəliyi qarşısında 40 günlük aclıq aksiyasına başlayıblar.

Tətilin təşkilatçıları bildirib ki, Qəzzalılarla həmrəylik nümayiş etdirmək üçün ölkə daxilində 600-dən çox adam aclıq aksiyasına qeydiyyatdan keçib.

"Biz bunu iki məqsəd üçün edirik: Birincisi, Birləşmiş Millətlər Təşkilatının (BMT) səlahiyyəti altında aydın və tam humanitar yardım göstərmək. İkincisi, soyqırımı dayandıra bilməyimiz üçün İsrailə daha çox ABŞ silahının göndərilməsinin qarşısını almaq", - deyə Ferner bildirib.

Qəzzada insanların gündə 250 kaloridən az qida ilə həyatlarını davam etdirmək üçün mübarizə apardıqlarını qeyd edən Ferner, bu səbəblə gündə 250 kalorini keçməyəcək şəkildə 40 gün ac qalacaqlarını qeyd edib.

Gülay
OXŞAR XƏBƏRLƏR