ABŞ-də sürpriz sorğu: Harris Trampı qabaqlayır

ABŞ-də sürpriz sorğu: Harris Trampı qabaqlayır
DÜNYA
11:55 07.08.2024
92
ABŞ-də keçirilən prezident seçkilərində vitse-prezident Kamala Harris rəqibi Donald Trampı 3 xal qabaqlayır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-də keçirilən sorğu zamanı statistika məlum olub.
 
Respondentlərin 53 faizi Harrisin demokratiyanı Trampdan daha yaxşı qoruyacağını düşünür.
 
"The Cook Political Report” adlı sorğu şirkəti Harrislə Tramp arasındakı xal fərqinin 1,3-ə qədər azaldığını bildirib.

"Wall Street Journal" qəzetinin keçirdiyi sorğu da qeydə alınmış seçicilər arasında Harrisin rəğbətində kəskin artım olduğunu üzə çıxarıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR