ABŞ-də təyyarə qəzaya uğradı, 2 nəfər öldü

ABŞ-də təyyarə qəzaya uğradı, 2 nəfər öldü
DÜNYA
12:55 14.06.2024
108
ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, təyyarə qəzasının təfərrüatları Alpine County Şerif Departamentinin Facebook hesabında edilən açıqlamada yer alıb.

Açıqlamada "Luscombe 8" tipli tək mühərrikli təyyarənin Kaliforniyanın şimalındakı South Lake Tahoe bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğradığı bildirilib.

Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilən açıqlamada Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR