"JetBlue” aviaşirkətinə məxsus təyyarə hündürlüyün kəskin şəkildə azalması səbəbindən Floridada təcili eniş etməli olub.
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 15 sərnişin xəstəxanaya yerləşdirilib.
Təyyarənin Meksikanın Kankun şəhərindən ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərinə reys həyata keçirdiyi bildirilir.
162 yerlik "Airbus A320” təyyarəsində neçə nəfərin olduğu barədə məlumat yoxdur.
Təyyarə artıq istismardan çıxarılıb. Hadisənin səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.









































