ABŞ-nin Nyu-Hempşir ştatının Naşua şəhərində naməlum silahlı atəş açıb, nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə WHDH telekanalı məlumat yayıb.
Məlumata görə, naməlum şəxs toy şənliyi zamanı "Sky Meadow Country Club"a girib və bir neçə dəfə atəş açıb. O, az sonra polis tərəfindən saxlanılıb.