ABŞ-də universitetdə atışma: İki ölü, səkkiz yaralı

ABŞ-də universitetdə atışma: İki ölü, səkkiz yaralı
DÜNYA
10:03 14.12.2025
98
ABŞ-nin Rod-Aylend ştatının Braun Universitetinin ərazisində atışma baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, insident nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Məlumata görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır.

Braun Universitetində atışma Mühəndislik fakültəsinin yerləşdiyi yeddimərtəbəli binanın yaxınlığında baş verib. Hücum zamanı orada buraxılış imtahanları keçirilirdi.
OXŞAR XƏBƏRLƏR