ABŞ-də universitetdə atışma - Yaralılar var

ABŞ-də universitetdə atışma - Yaralılar var
DÜNYA
22:46 17.04.2025
1015
ABŞ-nin Tallahassi şəhərində Florida Dövlət Universitetinin kampusunda atışma baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə CBS telekanalının yerli bölməsi məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralandığı bildirilir.

İlkin məlumata görə, silahlı şəxs təhsil müəssisəsinin ərazisindən çıxarkən görüntülənib. Şübhəlinin həbsi ilə bağlı hələlik məlumat yoxdur.

Atışma baş verən əraziyə yaxın olan bütün məktəblər təhlükəsizlik məqsədilə bağlanıb. Universitet ərazisində polis növbətçilik çəkir.
OXŞAR XƏBƏRLƏR