ABŞ-də iki israilli turist, onları fələstinli zənn edən yerli yəhudinin hücumuna məruz qaldıqdan sonra yaralanıb.
Bu barədə "Ynet” portalı məlumat yayıb.
Hadisə Florida ştatının Mayami-Biç kurort şəhərində baş verib.
İstintaqın məlumatına görə, israilli turistlər - ata və oğula cinayətkar ümumilikdə 17 dəfə atəş açıb. Qurbanlar qaçmağa çalışıblar, onlardan biri çiyinindən güllə yarası, digəri isə əlindən kəsik yarası alıb, həyatları üçün təhlükə yoxdur.
Hücum edən şəxs 27 yaşlı yəhudi Mordehay Brafman olub. Hazırda o, həbs edilib və qətlə cəhddə ittiham olunur.
"Qeyd etmək lazımdır ki, dindirmə otağımızda həbs altında olarkən təqsirləndirilən şəxs bildirib ki, yük maşını ilə gedərkən iki fələstinli görüb və hər ikisini güllələyib. Qurbanlar və təqsirləndirilən şəxs bir-birini tanımırlar", - polis məlumatında bildirilib.
///report