ABŞ vətəndaşlarına İraqa səfər etməmələri barədə xəbərdarlıq edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, vacib olmayan dövlət işçilərinin ölkələrini tərk etmələri üçün göstərişlər verildiyi xatırladılıb.
Bəyanatda İraqa səyahət tövsiyəsi "səyahət etməyin" mənasını verən 4-cü səviyyəyə qaldırılıb və qırmızı xəbərdarlıq edilib.
Bəyanatda qərarın səbəbi kimi "terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı vətəndaşlarına lazımi təcili yardım xidmətləri göstərmək imkanlarının məhdudluğu" göstərilib və "Hər hansı səbəbdən İraqa səfər etməyin" xəbərdarlığı yer alıb.
Bəyanatda ABŞ hökumətinin İraqdakı personalının sıx təhlükəsizlik şəraitində yaşayıb işləməsinin gözlənildiyi vurğulanaraq, "İraqda terror zorakılığı, terror hücumları və digər fəaliyyətlər riski var" deyə bildirilib.
Gülay