ABŞ-dən İsrailə nüvə təhlükəsi xəbərdarlığı: Qəbul edilə bilməz

ABŞ-dən İsrailə nüvə təhlükəsi xəbərdarlığı: Qəbul edilə bilməz
DÜNYA
14:12 07.11.2023
192
ABŞ İsrailin ifrat sağçı irs naziri Amihai Eliyahunun blokada altındakı Qəzza zolağına qarşı nüvə bombası təhdidini qəbuledilməz adlandırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel tərəflərin nifrət dolu ritorikadan çəkinməsinin vacibliyini vurğulayıb.

Patel İsrailli tərəfdaşları ilə görüşlərində mülki vətəndaşları qorumaq və bir-birindən ayırd etmək zərurətini çox açıq şəkildə ifadə etdiklərini bildirib. 

"ABŞ-nin İsraili dəstəkləyib?" sualına Patel belə cavab verib:

"İsrailin özünü müdafiə etmək və təhlükəsizliyini qorumaq hüququna malik olduğuna inanırıq. Biz hesab edirik ki, oktyabrın 7-də baş verənlər dünyanın heç bir ölkəsinin qəbul edə biləcəyi hadisə deyil”.

Nəzrin
OXŞAR XƏBƏRLƏR