ABŞ-dən növbəti ikiüzlülük: Azərbaycana qarşı yeni böhtan kampaniyasına başlayıblar

ABŞ-dən növbəti ikiüzlülük: Azərbaycana qarşı yeni böhtan kampaniyasına başlayıblar
SİYASƏT
16:50 10.08.2023
425
Birləşmiş Ştatların ikiüzlü, riyakar siyasəti davam edir. Bu ölkə rəsmiləri Azərbaycanla təmaslar zamanı belə təsəvvür formalaşdırmağa çalışırlar ki, guya ABŞ-da anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Başqa sözlə, "biz etmirik, lobbiçilər edir" deyirlər. Amma əslində ABŞ Dövlət Departamentinin, bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentin qeyri-rəsmi "mətbuat orqanları” kimi tanınan KİV-ləri mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirirlər.

ABŞ-da keçirilən "Qlobal Demokratiya Sammiti”nə Ermənistan dəvət olunsa da, Azərbaycan və Türkiyə dəvət olunmamışdı. Demokratiyanın "d"sindən xəbəri olmayan bir sıra ölkələrin, o cümlədən Ermənistanın həmin tədbirə çağırılması, Azərbaycanın və qardaş Türkiyənin dəvət edilməməsi əlbəttə, böyük ədalətsizlikdir, amma bizim üçün elə də əhəmiyyətli deyil. Çünki bu gün Türk dünyasının böyüməsi bəzilərini narahat edir. Onlar türk dünyası inkişaf etdikcə gerçək demokratiyanın necə olduğunu görəcəklər...

Heç kimə sirr deyil ki, ABŞ tərəfindən Gürcüstan və Ukraynaya ərazi bütövlüyü məsələsində verilən dəstək heç vaxt Azərbaycana qarşı olmayıb. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə işləyəndə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı, Gürcüstan ərazisi bütövlüyünə dəstək verirdi. R.Uilson Azərbaycanda işlədiyi zaman isə bir dəfə də olsun Ermənistanı qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırmayıb. Baxın, növbəti riyakarlıq, ikili standart.

Xatirinizdədirsə, 2014-cü ildə Rusiya Ukraynanın Donbas ərazisinə humanitar yardım göndərmək məqsədilə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdı. Bu təşəbbüs dərhal ABŞ və beynəlxalq birlik tərəfindən rədd edilmişdi. Hətta müzakirələrdə ABŞ-ın BMT-dəki nümayəndəsi bunu başqa ölkənin ərazisinə birbaşa müdaxilə cəhdi kimi qiymətləndirirdi. Bildirirdilər ki, humanitar yardım ərazi bütövlüyünə hörmət edilməklə həyata keçirilə bilər. Demokratiyadan, ədalətdən, ərazi bütövlüyündən danışanlar niyə indi bu sözləri Azərbaycan haqqında demirlər? Əksinə, bizdən Ermənistandan göndərilən yüklər üçün sərhədlərin açılmasını tələb edirlər?

İndi ABŞ Dövlət Departamentinə yaxın "Vaşinqton post” və digər media orqanlarında Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Bu cür siyasətlə ABŞ özünün regiondakı mövqelərinə zərbə vurur. Çünki regionun lider dövləti olan Azərbaycanla münasibətlər bölgədə fəal olan istənilən ölkə üçün son dərəcə önəmlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik