ABŞ-dən yardım dayanarsa, Ukrayna silah çatışmazlığı ilə üzləşəcək - KİV

DÜNYA
12:55 25.02.2025
254
ABŞ Ukraynaya silah yardımını kəsərsə, Kiyevin yaydan sonra silah-sursat tədarükü ilə bağlı problem yaşayacağı proqnozlaşdırılır.

AZXEBER.COM xəbər verir ki, bu iddia ilə nüfuzlu "Wall Street Journal" (WSJ) jurnalı çıxış edib.
 
Belə ki, ABŞ Prezidenti Donald Tramp Kiyevə yardımı dayandırsa, Ukrayna ən qabaqcıl silahlarını itirməkdən əziyyət çəkə bilər.
 
Ukrayna Prezidenti Volodimir Zelenskinin köməkçilərindən biri də Vaşinqtonun hərbi yardımının kəsilməsinin ən pis ssenari olduğuna diqqət çəkib və bu halda Ukraynanın öz hərbi istehsalını artırmalı və Avropadan daha çox dəstək almalı olacağını bildirib.

Rəsmilər və ekspertlər bildirirlər ki, ABŞ-nin tədarükləri başa çatdıqdan sonra Ukraynanın uzaq mənzilli hücum imkanları və arxa xətlərini qorumaq qabiliyyəti əhəmiyyətli dərəcədə zədələnəcək.

Qeyd edək ki, Tramp indiyə qədər Ukraynaya 300 milyard dollardan çox pul xərclədiklərini və Avropanın sülhə aparan prosesdə daha böyük rol oynamalı olduğunu qeyd edib.

Seçki kampaniyası zamanı "Ukraynada müharibəyə son qoyacağını” vəd edən Tramp vəzifəyə gəldikdən sonra müharibə ilə bağlı uzun fasilədən sonra diplomatik fəaliyyətə başlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR