ABŞ diplomatı "Gülən başqa, Twitter yasağı başqa" dedi

DÜNYA
11:41 01.04.2014
793

ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf gündəlik mətbuat brifinqində Türkiyədəki hökumət -camaat çəkişməsiylə əlaqədar soruşulan bir neçə suala cavab olaraq deyib ki, bu, Türkiyənin daxili işidir.

Xanım Harf deyib:

"Bu cənab (Fətullah Gülən nəzərdə tutlur) Pensilvanyada yaşayır, ya yaşamır, Türkiyə hökumətinin Twitteri qadağan etməsi doğru deyil. Türkiyə hökumətinin özüylə eyni cür düşünməyənlərə təzyiq etməsi doğru deyil. Bu cür şeylərin bir Türkiyə vətəndaşının Pensilvaniya çölündə yaşamasıyla bir əlaqəsi yoxdur. Türkiyə bir NATO müttəfiqidir. Bu nöqtədə açıq olaq. Türkiyə yaxın bir NATO müttəfiqidir və biz hər vaxt hər mövzuda anlaşamaya bilərik. Biz heç bir zaman hər kəslə hər mövzuda anlaşmırıq. Bu səbəblə Pensilvanyada yaşayan cənabı unudun. Türkiyə hökumətiylə ikitərəfli bir ittifaqa sahibik. İxtilafda olduğumuz zaman bunu ifadə edirik. Oxşar fikirdə olduğumuz zaman da bunu dilə gətiririk. Hökumətləriylə əlaqədar qərarlar vermək qəti olaraq türk xalqına bağlıdır . Bu bizə bağlı deyil. Bunun üzərində bizim hər hansı bir təsirimiz olduğunayönəlik hər cür xəbərlər axmaqlıqdır". (musavat.com)

OXŞAR XƏBƏRLƏR