Rusiya Prezidenti Vladimir Putin ABŞ dollarının siyasi mübarizə vasitəsi kimi istifadə olunduğunu ifadə edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu Sankt-Peterburqda "Yeni İnkişaf Bankı” nın prezidenti Dilma Russeff ilə görüşü zamanı deyib.
"Yeni İnkişaf Bank” nın inkişafının vacib olduğunu qeyd edən Putin, dolların siyasi mübarizə vasitəsi kimi istifadə olunduğu bugünkü şəraitdə bunu etməyin asan olmadığını vurğulayıb.
O bildirib ki, "BRICS” ölkələri banklar arasında milli təhlükəsizlikdə geniş rol oynayır.
Qeyd edək ki, "Yeni İnkişaf Bankı” Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət "BRICS” təşkilatı tərəfindən yaradılıb.
Şəbnəm