ABŞ Dövlət Departamenti bir neçə “Əl-Qaidə” liderinin İranda yaşadığını iddia edir

ABŞ Dövlət Departamenti bir neçə “Əl-Qaidə” liderinin İranda yaşadığını iddia edir
DÜNYA
03:58 17.12.2021
340
ABŞ administrasiyası hesab edir ki, "Əl-Qaidə” terror qruplaşmasının bir sıra liderləri Tehran hakimiyyətinin məlumatı olduğu halda İranda qalmaqda davam edir.

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə üzrə Koordinatoru Con Qodfri dünyada terrorizmlə mübarizəyə dair növbəti illik hesabatını dərc etməsi ilə bağlı keçirilən xüsusi brifinqdə bildirib.

O, "Əl-Qaidə” liderlərinin Tehranda yaşamaqda davam etməsindən dərin narahatlığını ifadə edib: "Tehranda və Tehran ətrafında onların "Əl-Qaidə” şəbəkəsinin liderləri kimi fəaliyyətlərini davam etdirməyə kömək edilir. Tehran hakimiyyəti "Əl-Qaidə” şəbəkəsinin nümayəndələrinə "İranda təhlükəsiz yaşamağa” icazə verir”.
OXŞAR XƏBƏRLƏR