Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Antoni Blinkenin 24-26 aprel tarixlərində Çinə səfər edəcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bugünkü açıqlamasında Antoni Blinkenin Çinin xarici işlər naziri Van Yinin dəvəti ilə 24-26 aprel tarixlərində Çinə səfər edəcəyini bildirib.
ABŞ Dövlət Departamentindən səfərlə bağlı verilən açıqlamada Bilinkenin səfəri çərçivəsində Çinin yüksək səviyyəli rəsmiləri paytaxt Pekində və Şanxayda bir araya gələrək ikitərəfli, regional və qlobal məsələləri, o cümlədən Yaxın Şərqdəki böhranı müzakirə edəcəkləri qeyd olunub.
Ukraynadakı döyüş və Cənubi Çin dənizindəki problemlərlə bağlı səlahiyyətlilərlə görüşəcəyi ifadə edilib.
Açıqlamaya görə, Blinken ABŞ prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpinin noyabr ayında Kaliforniyada keçirilən sammitdə narkotiklərlə mübarizə əməkdaşlığının bərpası, süni intellektlə bağlı götürdükləri öhdəliklərin yerinə yetirilməsi istiqamətində davam edən səyləri də müzakirə edib.
Nəzrin