Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri gözlənilmədən Cənubi Koreyaya səfər edib. Səfər birbaşa Şimali Koreya ilə sərhəddə gərginliyin müşahidə edildiyi bölgəyə edilib. ABŞ dövlət katibinin səfərinin əsas məqsədi də elə Koreya yarımadasındakı gərginliyin artmasıdır.Mütəxəssislər hesab edirlər ki, Con Kerrinin Şimali Koreya və Cənubi Koreya sərhədinə baş çəkməsi Pxenyanı daha sərt təxribat xarakterli addımlar atmağa vadar edə bilər. ABŞ dövlət katibinin səfəri paytaxt Seulda etirazla qarşılanıb. Bir qrup etirazçı Amerika Birləşmiş Ştatlarını Koreya yarımadasında gərginliyi artırmaqda ittiham edib.