"ABŞ bir sıra məsələlərdə Türkiyənin yanında olmalıdır".
Bunu ABŞ dövlət katibi Antoni Blinken Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə və ABŞ terrorla mübarizəni davam etdirir: "Türkiyənin Yunanıstan və Ermənistanla əlaqələri diqqət çəkir. Biz də prosesi yaxından izləyirik. Bəzi məsələlərdə fikir ayrılığımız ola bilər. Amma elə məsələlər var ki, Türkiyənin yanında olmalıyıq".