ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda iki Milli Qvardiya əsgərinin vurulduğu hücumda şübhəlinin 2021-ci ildə Əfqanıstandan gəldiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Trampın bu açıqlamasından sonra ölkədəki bütün Əfqanıstan immiqrasiya müraciətləri dayandırılıb.
Bununla bağlı ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) hücumdan sonra yazılı açıqlama yayıb.
Tramp həmçinin keçmiş ABŞ Prezidenti Co Bayden administrasiyasının immiqrasiya siyasətinin ABŞ-yə ciddi zərər verdiyini bildirib.
Gülay










































