ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə kommersiya gəmilərinə hücumların artması səbəbindən bir çox ölkənin iştirakı ilə ortaq əməliyyat qrupu yaradılacağını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib:
"Yəməndən gələn husilərin son zamanlar artan ehtiyatsız hücumları ticarətin azad axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur. Qırmızı dəniz naviqasiya azadlığı üçün vacib su yolu və beynəlxalq ticarəti asanlaşdıran mühüm ticarət dəhlizidir. Naviqasiya azadlığının əsas prinsipini qorumaq istəyən ölkələr, beynəlxalq sulardan qanuni olaraq keçən bir çox ölkənin ticarət gəmilərinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) atması ilə bağlı bu qeyri-dövlət aktorunun yaratdığı problemin öhdəsindən gəlmək üçün bir araya gəlməlidir”.
Ayşən