ABŞ Əli Laricani daxil olmaqla 11 iranlıya sanksiya tətbiq etdi

ABŞ Əli Laricani daxil olmaqla 11 iranlıya sanksiya tətbiq etdi
DÜNYA
21:36 15.01.2026
709
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirərək 11 fiziki şəxsə və 13 təşkilata qarşı məhdudiyyətlər tətbiq edib.

Bu barədə qurumun rəsmi saytında Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında deyilir.

Sanksiya siyahısına düşən rəsmi şəxslər arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, həmçinin Lurestan və Fars əyalətlərindəki regional polis bölmələrinin rəhbərləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri yer alıblar.
OXŞAR XƏBƏRLƏR