ABŞ Azərbaycan və Ermənistana kömək etməyə hazırdır

ABŞ Azərbaycan və Ermənistana kömək etməyə hazırdır
SİYASƏT
09:08 10.04.2022
453
Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.

"Birləşmiş Ştatlar bu təşəbbüslərdə, Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”, - Dövlət Departamentindən əlavə ediblər.
OXŞAR XƏBƏRLƏR