ABŞ Ermənistana maddi yardımı azaldıb

ABŞ Ermənistana maddi yardımı azaldıb
DÜNYA
10:02 11.03.2014
814
Amerika Birləşmiş Ştatları maddi yardım məsələsində Ermənistanı narazı salıb. 
Amerika hökumətinin 2015-ci il üçün Cənubi Qafqaz ölkələri üçün maliyyə yardımı proqramında 2013-cü illə müqayisədə Ermənistana ayrılan yardım daha 11 milyon dollar azaldılaraq 24.7 milyon dollara endirib. Vaxtı ilə bu yardım 40 milyon dollar təşkil edirdi.Həmin məbləğ tənəzzüldə olan Ermənistan iqtisadiyyatına və məhkəmə orqanlarına yardım etmək, Ermənistan ordusunu formalaşdırmaq məqsədilə ayrılır.Qeyd edək ki, ABŞ Gürcüstana 53.5, Azərbaycana isə 24.7 milyon dollar yardım ayırıb.
OXŞAR XƏBƏRLƏR