ABŞ Ermənistana yenə yardım ayırdı

ABŞ Ermənistana yenə yardım ayırdı
DÜNYA
14:37 17.04.2020
1168
Birləşmiş Ştatlar Ermənistana koronavirusa qarşı mübarizə məqsədi ilə daha 600 min ABŞ dolları yardım ayırıb.


AZXEBER.COM  "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Facebook” səhifəsində bildirilib.

ABŞ hakimiyyəti bu yardımı USAID-in vasitəsilə edib.

Qeyd edək ki, bu yaxınlarda ABŞ koronavirusa qarşı mübarizə məqsədilə Ermənistana 1,1 milyon ABŞ dolları məbləğində maliyyə yardımı edəcəyini bildirib.

Xatırladaq ki, Ermənistanda 1 201 nəfər koronavirusa yoluxub, onlardan 19-u ölüb.

OXŞAR XƏBƏRLƏR