ABŞ fevralın 4-dən Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək

DÜNYA
02:22 02.02.2025
279
ABŞ fevralın 4-dən bütün Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətindəki mənbəyə istinadən CBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, rüsumlar ABŞ prezidenti Donald Tramp Kanadanın fentanil narkotikinin ölkəyə axınını dayandırmaq üçün lazım olan hər şeyi etdiyinə əmin olana qədər qüvvədə qalacaq.

Xatırladaq ki, ABŞ, Meksika və Kanada birgə azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişə imza atıblar.

OXŞAR XƏBƏRLƏR