ABŞ Finlandiyadan 11 buzqıran gəmi alacaq

ABŞ Finlandiyadan 11 buzqıran gəmi alacaq
DÜNYA
04:22 10.10.2025
472
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə onun finlandiyalı həmkarı Aleksander Stubb arasında görüş keçirilib.

Məlumata görə, tərəflər arasında bir sıra sazişlərlə yanaşı Vaşinqtonun Helsinkidən 11 ədəd buzqıran gəminin satın alınması barədə razılaşma əldə olunub.

"Biz birinci gəmini 2028-ci ildə ABŞ-yə çatdırmaq niyyətindəyik", - Finlandiya prezidenti bəyan edib.

Qeyd edək ki, Arktik buzqıran gəmi ölçüsündən asılı olaraq təxminən 400-800 milyon avroya başa gəlir.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR