ABŞ gələn il Gürcüstana 132 milyon dollar yardım ayıracaq.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında paylaşılmış 2023-cü il üzrə büdcə layihəsində qeyd olunub.
Sənəddə Gürcüstan üçün ayrılacaq vəsaitin işğal altındakı Abxaziya və Sxinvali regionlarına yönəldilməyəcəyi vurğulanıb.