ABŞ Gürcüstanı Saakaşvili ilə ədalətli davranmağa çağırdı

ABŞ Gürcüstanı Saakaşvili ilə ədalətli davranmağa çağırdı
DÜNYA
08:17 05.10.2021
449
Vaşinqton Tbilisini Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı ədalətli münasibət və hüquqlarına hörmət nümayiş etdirilməsinə çağırır.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays keçirdiyi brifinqdə bildirib.

"Biz gürcü hakimiyyətini Gürcüstan qanunlarına və onun insan haqları sahəsindəki beynəlxalq öhdəliklərinə uyğun olaraq Saakaşvili ilə münasibətdə ədalətli davranmağa çağırırıq”, - Prays belə deyib.
OXŞAR XƏBƏRLƏR