ABŞ hərbçiləri Rusiyanın keçirdiyi təlimləri izləmək üçün Belarusdadır

ABŞ hərbçiləri Rusiyanın keçirdiyi təlimləri izləmək üçün Belarusdadır
DÜNYA
19:22 15.09.2025
171
ABŞ zabitləri bu gün Rusiya və Belarusun birgə keçirdiyi hərbi təlimləri müşahidə ediblər.

Məlumatda deyilir ki, qonaqları qarşılayan Belarusun müdafiə naziri Viktor Xrenin onlara "Sizin üçün maraqlı olan nə varsa, baxa bilərsiniz” bildirib.

Hərbi təlimləri izləyən 23 ölkənin hərbçilərinin içərisində amerikalılardan başqa, NATO-ya daxil olan daha iki ölkənin - Türkiyə və Macarıstanın nümayəndələri də yer alıb.

Qeyd edək ki, Rusiya və Belarus cümə günü hər iki ölkənin təlim poliqonlarında "Zapad-2025” adlı hərbi təlimlərə başlayıblar. Bu, Polşanın hava məkanına daxil olan Rusiya dronlarını vurmasından sonra NATO ilə gərginliyin artdığı bir vaxta təsadüf edib.
 
\apa
OXŞAR XƏBƏRLƏR