ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır
DÜNYA
22:11 11.04.2026
789
ABŞ hərbi qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq işlərinə başlayıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Frank E. Peterson" və "USS Michael Murphy" esminesləri Hörmüz boğazından keçərək Fars körfəzində əməliyyata başlayıb.
Qeyd olunub ki, bu addım boğazın minalardan tam təmizlənməsinə yönəlmiş genişmiqyaslı missiyanın tərkib hissəsidir.