AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qanun layihəsi təsdiqlənsə yanvarın 15-nə kimi dövlət idarələrinin maliyyələşməsinə imkan verəcək və dövlət borcu ilə bağlı problemi fevralın 7-nə kimi həll edəcək.Konqresin Nümayəndələr Palatasının respublikaçı üzvləri böhrandan çıxış planına səhiyyə islahatlarından başlamağı məqsədəuyğun sayır.Sənədin müəllifləri tibbi avadanlıqlar üçün vergini 2 il müddətinə təxirə salmaq, maddi yardım aldıqdan gəliri təsdiqləmək, administrasiya və konqres üzvləri üçün tibbi siğortaya maddi yardımı ləğv etməyi təklif edir. Əgər büdcə barədə razılıq əldə etmək mümkün olmasa, 2 gündən sonra ABŞ-da defolt baş verə bilər.