ABŞ-ın ən böyük idman turnirlərindən biri olan Boston marafonu faciə ilə bitib.
AZXEBER.COM-un məlumatına görə, marafonun sonlarında baş verən ardıcıl 2 partlayış nəticəsində 3 nəfər ölüb, 130 nəfər ağır yaralanıb.
Yarışa iştirakçı kimi qatılan bir polis məmuru hadisədən şoka düşdüyünü deyib. O bildirib ki, yaralılardan çoxunun əlləri və ayaqları qopub.