AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens bildirib.
"Planımız İsveçrəyə getməkdir. Lakin bunun dəqiq nə vaxt baş tutacağını bilmirəm. Güman edirəm ki, mərasim bu həftəsonu keçiriləcək, amma buna tam əmin deyiləm", - deyə o bildirib.
Vens jurnalistin mərasimin artıq cümə günü, iyunun 19-da keçirilə biləcəyi ilə bağlı sualını da cavablandırıb. O bunun mümkün olduğunu, lakin vaxtın əsasən İran tərəfinin hazırlığından asılı olduğunu vurğulayıb.
"Mümkündür. Bu, sadəcə olaraq iranlıların ora məhz nə vaxt gələcəyindən asılıdır.
Xatırladaq ki, ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik memorandum artıq imzalanıb. İsveçrədə keçirilməsi planlaşdırılan tədbirin həmin sənədin təntənəli imzalanma mərasimi olduğu bildirilir.










































