"ABŞ ilə münasibətlərimiz keçmişdə olduğu kimi davam edir" - İranın XİN müavini

"ABŞ ilə münasibətlərimiz keçmişdə olduğu kimi davam edir" - İranın XİN müavini
DÜNYA
12:56 29.05.2024
103
"ABŞ ilə münasibətlərimiz keçmişdə olduğu kimi davam edir. Bu istiqamətdə heç bir fasilə olmayıb".

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqıri deyib.
 
ABŞ-nin iqtisadi sanksiyaları çərçivəsində ölkə hüdudlarından kənarda bloklanan maliyyənin İrana ötürülməsi istiqamətində səylərin davam etdiyini qeyd edərək helikopter qəzasında həyatını itirən Prezident İbrahim Rəisinin siyasətinin beynəlxalq münasibətlərdə qonşularla yaxşı münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində davam etdirəcəyini bildirib. 

Nüvə fəaliyyətləri ilə də əlaqədar danışan Baqiri əlavə edib:
 
"Dosya yoxdur, fəaliyyət var. Bu fəaliyyətlər Milli Təhlükəsizlik Ali Şurasının nəzarətində davam edir".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR