"ABŞ ilə strateji tərəfdaşlığı yeniləmək istəyirik" - Baş nazir

"ABŞ ilə strateji tərəfdaşlığı yeniləmək istəyirik"  - Baş nazir
DÜNYA
17:15 04.02.2026
250
Gürrcüstanın Baş naziri ABŞ ilə münasibətləri haqda danışıb.
 
AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, İrakli Kobaxidze ölkəsi ABŞ ilə strateji tərəfdaşlığı yeni və konkret yol xəritəsi əsasında yeniləmək niyyətindədir.
 
Hökumət başçısı qeyd edib ki, bu yanaşma Gürcüstan tərəfinin ABŞ-yə açıq əməkdaşlıq təklifidir. Baş nazirə xarici işlər nazirinin müavini Laşa Darsalia ilə ABŞ dövlət katibinin köməkçisi Brendan Hanrahan arasında Vaşinqtonda keçirilən görüşlə bağlı sual ünvanlanıb.
 
Kobaxidze deyib ki, müzakirələr məhz strateji tərəfdaşlığın yenilənməsi mövzusuna həsr olunub: "Biz strateji tərəfdaşlığı yeni səhifədən, konkret yol xəritəsi ilə yeniləmək istəyirik. Bu, bizim açıq şəkildə uzadılmış əlimizdir. Biz buna səbrlə cavab gözləyirik və ümid edirik ki, cavab olacaq. Bu, bizim nikbin gözləntimizdir. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini görəcəyik", - deyə Baş nazir bildirib.
OXŞAR XƏBƏRLƏR