ABŞ ilə Ukraynanın xarici işlər və müdafiə nazirləri görüşüblər

ABŞ ilə Ukraynanın xarici işlər və müdafiə nazirləri görüşüblər
DÜNYA
14:30 26.03.2022
376
Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada amerikalı həmkarları ilə görüşüblər.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Mən müdafiə naziri Oleksiy Reznikovla birlikdə Varşavada amerikalı həmkarlarımız - dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşürük.
 
Bu xüsusi "2+2" formatı bizə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sahəsində praktiki qərarlar almağa imkan verir", Kuleba bildirib.


OXŞAR XƏBƏRLƏR