ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

SİYASƏT
11:46 20.03.2015
1372

90 nəfər cəzasının qalan hissəsindən azad edilib.

ABŞ Azərbaycan Prezidenti İlham Əliyevin əfv haqqında sərəncamını alqışlayır.AZXEBER.COM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib.

Psaki qeyd edib ki, azad edilənlərin dördü Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvləridir.

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev 101 nəfərin əfv olunması haqqında sərəncam imzalayıb.

Azadlıqdan məhrum edilmiş 90 nəfər cəzasının qalmış hissəsindən, dörd nəfər islah işləri cəzasından, yeddi nəfər isə cərimə cəzasından azad edilib.

OXŞAR XƏBƏRLƏR