ABŞ-ın baş kəşfiyyatçısı ehtirasının qurbanı oldu

DÜNYA
11:05 10.11.2012
1647
O, nikahdankənar əlaqəyə görə istefa veribABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Devid Petreus istefa verib.Buna səbəb onun nikahdankənar əlaqəsinin olması göstərilib.«37 illik ailə həyatımdan sonra kənarda əlaqəyə girərək, belə bir ciddi yanlışlıq etmişəm. Bu sayaq davranış nə ailəliyə, nə də bizim təşkilatın liderinə yaraşan deyil»- deyə, nikahdankənar əlaqəsi haqda Petreus qurumun əməkdaşlarına yazdığı məktubunda bildirib.Onun sözlərinə əsasən, ölkə prezidenti Barak Obamaya bağışlanıb, istefaya getmək barədə ərizəsini təqdim edib. D.Petreusun istəyi təsdiqlənib.«Devidin istefa qərarı hörmət edilən dövlət məmurunun itirilməsi deməkdir»-deyə, milli kəşfiyyat idarəsinin, direktoru Ceyms Klapper bildirib.Barak Obamanın məsələyə dair yayılmış bəyanatında Petreusun xidmətləri qeyd edilməklə yanaşı, «MKİ-nin inkişaf edəcəyi və öz vacib vəzifəsini yerinə yetirəcəyi» də vurğulanıb.
//Lent.az

OXŞAR XƏBƏRLƏR