ABŞ-ın ən məşhur küçəsində Şuşa posteri yayımlandı - FOTOLAR

MARAQLI
12:51 05.07.2022
327
ABŞ-ın və dünyanın ən məşhur nöqtələrindən olan "Times" Meydanında Şuşa posteri yayımanıb.
 
Bu barədə AZXEBER.COM-a Mediamark Agentlyinin rəhbəri Orxan Rzayev məlumat verib.
 
O bildirib ki, 6 il öncə Bakıda fəaliyyətə başlayan Agentlik artıq ABŞ-da da fəaliyyət göstərir və ABŞ-ın böyük şəhərlərində bilbord və monitorlarda reklam yayımlamaq xidməti verir:
 
"Əlimizdə belə imkan varkən Qarabağla bağlı məlumatları ABŞ küçələrində təbliğ etməyə başlamışıq. İlk olaraq məşhur "Times" Meydanında bunu etdik. Bu fəaliyyəti davamlı etməyi düşünürük".
 
Orxan Rzayev bildirib ki, ötən il sifarişçi kimi buna cəhd etsələr də, imtina almışdılar. Amma indi Agentlik olaraq bu cür təbliğat posterlərini yayımlada bilirlər.
 
Nyu-Yorkda yayımlanan Şuşa posterinin müəllifi dizayner Nicat Qəribovdur.
 





OXŞAR XƏBƏRLƏR