ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb, ölənlər var
DÜNYA
21:23 04.09.2021
1747
ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin helikopteri Kaliforniya sahillərində qəzaya uğrayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okean donanması bildirib.

Qeyd edilir ki, qəza zamanı helikopterin beş üzvü həlak olub.

"ABŞ-ın Hərbi Dəniz Qüvvələri qəzaya uğramış MH-60S helikopterinin ekipajının beş üzvünün həlak olduğunu açıqlayır", - Sakit okean donanmasının saytında dərc edilmiş bəyanatda deyilir.

Hərbi Dəniz Qüvvələrinin helikopteri çərşənbə günü Kaliforniya ştatının San-Dieqo sahillərində qəzaya uğrayıb. MH-60S helikopteri Abram Linkoln təyyarədaşıyan bortundan uçuş edib və sahildən 110 kilometr məsafədə suya düşüb.

Helikopterin xəsarət alan bir heyət üzvü xilas edilib.
OXŞAR XƏBƏRLƏR