ABŞ-ın İrana qarşı İsraildə gizli hərbi bazası var? - Pentaqon təkzib etdi

ABŞ-ın İrana qarşı İsraildə gizli hərbi bazası var? - Pentaqon təkzib etdi
DÜNYA
12:38 31.10.2023
162
İrandan gələ biləcək təhlükələrə qarşı ABŞ-ın İsraildə gizli hərbi bazası olduğu iddia edilib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ bu ittihamları rədd edib.

ABŞ-ın "The Intercept” internet saytının xəbərində ABŞ Müdafiə Nazirliyinin İsrailin cənubundakı Negev səhrasındakı Har Keren dağının zirvəsində yerləşən gizli baza tikintisini sakitcə davam etdirdiyi bildirilib.

Xəbərdə Qəzzanın 32 kilometrliyində, Negev səhrasında yerləşən "Site 512" kod adlı ABŞ bazasının İsrailə qarşı mümkün raket hücumlarını izləyən radar obyekti olduğu qeyd edilib.

Bununla belə, vurğulanıb ki, "Sayt 512” oktyabrın 7-də İsrailə atılan minlərlə HƏMAS raketindən heç birini min kilometrdən çox uzaqda İrana yönəltdiyi üçün aşkar etməyib.

Xəbərdə ABŞ administrasiyasının "Həmas ilə müharibədə İsrailə əsgər göndərilməsi planı yoxdur" açıqlamasına cavab olaraq İsraildə artıq gizli ABŞ hərbi varlığının olduğuna diqqət çəkilib.

Pentaqonun öz qeydlərində bu layihəni dünyanın gizli layihələrindən biri kimi qələmə verməklə əsl məqsədini gizlətməyə çalışdığına diqqət çəkilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR