ABŞ-ın məşhur şirkəti Azərbaycanda yerli kadr hazırlamaq niyyətindədir

İQTİSADİYYAT
15:47 28.02.2013
1810

Hazırda dünyanın müxtəlif ölkələrində 135 min işçi ilə fəaliyyət göstərən ABŞ-ın “Emerson” şirkəti Azərbaycanda yerli kadrların hazırlanması işlərini də həyata keçirməkdə maraqlıdır.AZXEBER.COM-un məlumatına görə, bu barədə Bakıda Dövlət Neft şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüşdə “Emerson” şirkətinin qlobal satış və layihələr üzrə prezidentiTom Snedvə şirkətin regional direktoru Həmid Cəfəri bildiriblər.Şirkət nümayəndələri istehsalatın avtomatlaşdırılması bazarında aparıcı rola malik olduqlarını qeyd edərək bildiriblər ki, “Emerson” sənayedə rəqəmsal texnologiyaların tətbiqinə görə digər avtomatlaşdırma vasitələri istehsalçılarından daha çox təcrübəyə malikdir.Görüşdə SOCAR və “Emerson” şirkəti arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri müzakirə olunub.Akademik Xoşbəxt Yusifzadə Azərbaycanda neftçıxarma işinin tarixi, dünyada sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını, neftçilərin dünya neft sənayesinə çoxsaylı töhfələr verdiklərini söyləyib, hələ Sovet dövründə onlar tərəfindən Xəzər dənizinin müxtəlif milli sektorlarında yerləşən böyük neft-qaz yataqlarının kəşf olunduğunu, keçmiş SSRİ-nin bir çox yerlərində neft sənayesinin əsası qoyulduğunu diqqətə çatdırıb.20 illik fasilədən sonra ilk dəfə olaraq, SOCAR-ın öz gücü ilə “Ümid” perspektivli strukturunun işlənilməsini həyata keçirdiyini qeyd edən X.Yusifzadə istər təhlükəsizlik texnikası və əməyin mühafizəsi, istərsə də işçilərin sosial-məişət problemlərinin həlli baxımından yüksək effektivliyə nail olunduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR