ABŞ-nin nüvə sualtı qayığı Cənubi Koreyaya çatdı

DÜNYA
13:47 23.09.2024
119
ABŞ-nin nüvə sualtı qayığı Cənubi Koreyada çatıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, ABŞ-nin Virciniya sinifli nüvə sualtı qayığı "USS Vermont"un (SSN-792) təchizatını artırmaq üçün paytaxt Seuldan 320 kilometr cənub-şərqdə yerləşən Busan şəhərinə çatdığı bildirilib. 

Açıqlamada Cənubi Koreyada ilk liman səfərini edən 7800 tonluq USS Vermont (SSN-792) gəmisinin Pusana çatmadan əvvəl bölgədə əməliyyatlar həyata keçirdiyi bildirilib.

Cənubi Koreya və ABŞ hərbçiləri arasında artan əlaqə Şimali Koreyanın raket atışlarını bərpa etdiyi Koreya yarımadasında davam edən gərginlik fonunda baş verir.

Şimali Koreya sentyabrın 19-da taktiki ballistik raketin və təkmilləşdirilmiş strateji qanadlı raketin 4,5 tonluq sinifli super iri döyüş başlığı daşıya bilən sınaq atışlarının uğurla həyata keçirildiyini açıqlayıb.

Cənubi Koreyanın keçmiş prezidenti Mun Jae-in sentyabrın 20-də verdiyi bəyanatda Koreya yarımadasının 1950-ci illərdəki Koreyalararası müharibədən bəri ən təhlükəli vəziyyətdə olduğu barədə xəbərdarlıq edib və Şimal və Cənub arasında dialoqa çağırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR