ABŞ Rusiyaya qarşı yeni sanksiya tədbiq edir - tarix açıqlandı

ABŞ Rusiyaya qarşı yeni sanksiya tədbiq edir - tarix açıqlandı
DÜNYA
11:00 24.08.2018
2885

ABŞ-ın "Skripalların işi" ilə əlaqədar Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar avqustun 27-də Federal Qeydiyyatda rəsmi yayımlandıqdan sonra qüvvəyə minəcək.

"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

O qeyd edib ki, daha əvvəl "Skripalların işi" ilə əlaqədar sanksiyaların avqustun 22-də qüvvəyə minəcəyi gözlənilirdi. Lakin ABŞ hökumətinin rəsmi qəzeti olan "Federal Register"in saytında bildiriş çıxmayıb.

OXŞAR XƏBƏRLƏR