ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa etdi

ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa etdi
DÜNYA
17:21 02.05.2022
465
ABŞ səfirliyinin əməkdaşları Ukraynada fəaliyyətini bərpa etmək məqsədilə Lvov şəhərinə qayıdıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Krinstin Kvin mayın 2-də bildirib.

"Biz qayıtmağımıza şadıq. Ukraynalılara yardım etmək üçün burada bütün imkanlardan istifadə edəcəyik”, - o, Lvovda keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Rusiyanın hərbi müdaxiləsindən sonra ABŞ səfirliyini Kiyevdən Ukraynanın qərbindəki Lvov şəhərinə, oradan isə Polşaya köçürmüşdü
OXŞAR XƏBƏRLƏR