ABŞ-ın Ukraynadakı səfirliyindən XƏBƏRDARLIQ: "Dərhal ölkəni tərk edin"

ABŞ-ın Ukraynadakı səfirliyindən XƏBƏRDARLIQ: "Dərhal ölkəni tərk edin"
DÜNYA
11:36 24.08.2022
594
ABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlara xəbərdarlıq edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı təhlükəsizlik xəbərdarlığı edib. 

Xəbərdarlıqda Rusiyanın Ukraynada mülki infrastrukturlara zərbələr endirəcəyi bildirilib:

"Rusiya yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə hücumlar təşkil etmək üçün səylərini gücləndirir. Rusiyanın Ukraynadakı hücumları mülki əhali və mülki infrastruktur üçün daimi təhlükə yaradır. Sizi təhlükəsiz olduğu təqdirdə xüsusi yerüstü nəqliyyat vasitələrindən istifadə etməklə Ukraynanı dərhal tərk etməyə çağırırıq”.

Digər tərəfdən, Ukrayna mediası 24 avqust, Ukraynanın Müstəqillik Günündə Krımın bombalanmasına cavab verəcəyini iddia edib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR