ABŞ-ın Ukraynaya təklif etdiyi sazişin son versiyasının detalları məlum olub

ABŞ-ın Ukraynaya təklif etdiyi sazişin son versiyasının detalları məlum olub
DÜNYA
13:30 30.03.2025
629
ABŞ-ın Ukraynaya təklif etdiyi mineral ehtiyatlara və infrastruktura dair sazişin son versiyasının detalları məlum olub.
 
ABŞ Ukraynanın resursları və infrastrukturu üzərində hüquq tələb edir

ABŞ faktiki Ukraynanın bütün resursları və infrastrukturu ilə bağlı hüquqların ona məxsus olmasını istəyir. Qeyd edilib ki, bundan əvvəl Vaşinqton Kiyevdən hərbi yardımlarının əvəzində 500 milyard dollar tələb edirdisə, sazişin son versiyasında məbləğ yer almır. Layihədə bildirilir ki, Ukraynanın ABŞ-a ödəyəcəyi vəsait sonradan hesablanacaq və sazişə əlavədə əksini tapacaq. Sazişin son versiyası artıq həm də Ukraynanın bütün infrastrukturunu əhatə edir və layihədə Kiyevə hər hansı təhlükəsizlik zəmanəti əksini tapmır.
Bundan əvvəl "The Daily Telegraph” yazıb ki, sazişin son versiyasında ABŞ Kiyevlə birgə yaradılacaq Fond vasitəsi ilə bu ölkənin neft və qaz ehtiyatlarının yarısına, metal resurslarına və dəmir yolu, limanlar, kəmərlər və emal zavodları da daxil olmaqla, infrastrukturun böyük hissəsinə nəzarət etmək istəyir. Vaşinqton həmin Fondun Müşahidə Şurasının 3 üzvünü təyin etmək səlahiyyətinə malik olmaq niyyətindədir.

Ukraynanın gəlirləri

Bundan əlavə, ABŞ-a minimum 100 milyard dollar ödənilənə qədər Ukraynanın bütün gəlirlərinin Vaşinqtona verilməsi istənilir. Kiyev ABŞ-a borcunu qaytardıqdan sonra gəlirlərin 50 faizini ala biləcək.

Ukraynanın resurslarına və infrastrukturuna nəzarət edən Fond yaradılmalıdır

Ukraynanın təbii resurslarına və infrastrukturuna nəzarət edən Fond ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçməlidir. Sazişin son versiyasına görə, Vaşinqton Ukraynanın resurslarının üçüncü ölkələr satışına veto qoymaq və bu ölkənin dövlət qurumlarının hesablarını yoxlamaq imkanına malik olmaq da istəyir.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
10:21 19.09.2026
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
10:19 19.09.2026
Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
Həbsdə ölən sabiq icra başçısının binası - Satışa çıxarıldı
10:19 19.09.2026
Həbsdə ölən sabiq icra başçısının binası - Satışa çıxarıldı
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
07:39 19.09.2026
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru