ABŞ-da xam neft ehtiyatları azalır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ticari xam neft ehtiyatlarının əvvəlki həftəyə görə 1 milyon barrel azaldığı məlum olub.
ABŞ Enerji İnformasiya İdarəsi (EİA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə 1 milyon barrel (yüzdə 0,2) azalaraq 419 milyon 800 min barrelə düşdüyünü açıqlayıb.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 6 milyon barel (1,1 faiz) azalaraq 532 milyon barelə düşüb.
ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 82 min barrel azalaraq 6 milyon 486 min barrelə, ixracı isə orta hesabla gündəlik 821 min barrel artaraq 4 milyon 341 min barelə çatıb.
Ayşən